Tokioda keçirilən dünya çempionatında təmsilçimiz dörddəbir finala vəsiqə qazanıb
Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışların son günündə təmsilçimiz İrina Kindzerska tatamiyə çıxıb.

Çempionatın onaltıdabir mərhələsində yarışlara qatılan idmançımız əvvəlcə Niderland təmsilçisi Tessie Savelkoulsla qarşılaşıb. Bu görüşdə qələbə qazanan İ.Kindzerska səkkizdəbir mərhələdə tunisli Cheikh Rouhou Nihelə ipponla qalib gəlib.

Dörddəbir finalda onun rəqibi braziliyalı Maria Altheman olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan komandası fərdi yarışların nəticələrinə görə 10-cu yerdə qərarlaşıb. Hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıblar. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib olub.

Xəbər 787 dəfə oxundu.