Azərbaycanın U-17 komandası beynəlxalq turniri qələbə ilə başa vurub
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində sonuncu oyununu keçirib.

Yeddinci yer uğrunda görüşdə litvalı həmyaşıdları ilə qarşılaşan komandamız 3:1 hesablı qələbə qazanıb.

Yığmamızın heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib.

Qeyd edək ki, millimiz qrup mərhələsi çərçivəsində İsrail komandasına 0:6, Ukrayna seçməsinə 2:4, Latviyaya 0:2 hesabı ilə məğlub olub.


Xəbər 758 dəfə oxundu.