Puyol payızda vidalaşacaq
«Barselona»nın yarımmüdafiəçisi Karles Puyolun İspaniya yığmasında vida matçı «Kamp Nou»da keçirilə bilər. İdman.com.az saytının məlumatına görə, oktyabrın 16-da təcrübəli havbek millidə 100-cü oyununu keçirməlidi. Fransalılarla matç ilk olaraq «Santyaqo Bernabeu»ya nəzərdə tutulmuşdu. İndi İspaniya Futbol Federasiyası məkan icazəsi üçün «Barselona»dan izn almalıdı. Bununla məmurlar Puyolun yığmaya xidmətlərini qeyd etmək istəyirlər. Matçın Puyolun yığmada son oyunu olacağı gözlənilir.

Hələliksə, Puyol dizinin zədəsi ilə məşğuldu. Onun dizində əməliyyat aparılıb. Tezliklə futbolçu bərpa prosedurlarına başlayacaq. Puyol tvitterdəki səhifəsində «Xoş gördük. Artıq əməliyyatdan sonra evə dönmüşəm. Hər şey uğurlu keçib» - yazıb.
Futbolçunun bərpası ən azı 6 həftə çəkəcək. Bu səbəbdən də çox güman ki, Avro-2012-ni buraxmalı olacaq.

Xəbər 989 dəfə oxundu.