Masallıda mini futbol üzrə rayon turniri keçirilib
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbəsinin futbol meydançasında keçirilən, veteran idmançı Rafiz Məmmədovun xatirəsinə həsr olunmuş böyüklər arasında mini futbol üzrə ikinci rayon turniri başa çatıb.

Avqustun 15-də start verilmiş turnirdə 8 komanda mübarizə aparıb.

Final görüşündə Masallı şəhərinin “Qartallar” və Kolatan kəndinin “Ümüd” komandaları qarşılaşıblar. “Qartallar” komandası rəqibini 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirdə ilk üç yeri tutan komandalara və fərqlənən idmançılara Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və diplomlar, “Qartallar” komandasına isə kubok təqdim edilib.

Xəbər 837 dəfə oxundu.