FEMEN qadınlar hərəkatı Avro-2012-yə qarşı
Qalmaqalları ilə seçilən FEMEN qadınlar hərəkatının fəalları Ukraynada keçirilməli olan Avro-2012-yə qarşı növbəti aksiya həyata keçiriblər. İdman.com.az saytının məlumatına görə, çılpaq qadınların budəfəki hədəfi turnirin baş mükafatı- kubok olub. Kubokun Kiyevdə rəsmi nümayişi zamanı hərəkatın iştirakçılarından biri olan Yuliya Kovpaçik mühafizə səddlərini keçərək, kuboka yaxınlaşıb və onu postamentdən yerə yıxıb.

Bundan sonra o, qurşaqdan yuxarı çılpaq şəkil alaraq sinəsində ki, «Fuck Euro-2012» yazısını nümayiş etdirib. Həmin gün öz 23-cü ad gününü qeyd edən təxribatçı qadını mühafizəçilər yalnız bundan sonra yaxalaya biliblər və kuboku da qaldırıb yerinə qoyublar.

Xəbər 1055 dəfə oxundu.