Penitensiar Xidmətin əməkdaşı dünya çempionu olub
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının xüsusi təyinatlı bölüyünün atıcısı, ədliyyə çavuşu İsrafil Şabanov dünya çempionu olub.

O, bu uğura Rumıniyanın Konstanta şəhərində keçirilmiş kunq-fu sanda üzrə dünya çempionatında bütün rəqiblərinə qalib gələrək nail olub.

Qeyd edək ki, İ.Şabanov, bu ilin mayında Azərbaycan çempionu adını qazanıb. O, əvvəllər də beynəlxalq idman yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Xəbər 795 dəfə oxundu.