Formula 1 yarışlarının 2020-ci il mövsümü üçün təxmin edilən təqvimi | |
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 yarışlarının təqvimini gələn mövsüm üçün hələ rəsmi şəkildə dərc etməsə də, mövcud olan qeyri-rəsmi versiya reallığa çox yaxındır. Çünki mərhələlərin əksəriyyətinin ardıcıllığı dəyişməyəcək. Mövsümün martın 15-də Melburnda start götürəcəyi dəqiq məlumdur. “Speedweek”in versiyasına görə 22 Qran-Prinin daxil olacağı mövsüm təxminən belədir: 15 mart – Avstraliya (Melburn) 22 mart – Bəhreyn (Sahir) 5 aprel – Vyetnam (Hanoy) 19 aprel – Çin (Şanxay) 3 may – Niderland (Zandfort) 10 may – İspaniya (Barselona) 24 may – Monako (Monako) 7 iyun – Azərbaycan (Bakı) 14 iyun – Kanada (Monreal) 28 iyun – Fransa (Le-Kastelle) 5 iyul – Avstriya (Şpilberq) 19 iyul – Böyük Britaniya (Silverstoun) 2 avqust – Macarıstan (Budapeşt) 30 avqust – Belçika (Spa) 6 sentyabr – İtaliya (Montsa) 20 sentyabr – Sinqapur (Sinqapur) 27 sentyabr – Rusiya (Soçi) 11 oktyabr – Yaponiya (Suzuka) 25 oktyabr – ABŞ (Ostin) 1 noyabr – Meksika (Mexiko) 15 noyabr – Braziliya (San-Paulu) 29 noyabr – Əbu-Dabi (Yas-Marina). AZƏRTAC |
|
Xəbər 838 dəfə oxundu. |
|
|