Penitensiar Xidmətin Mühafizə alayında şahmat və dama turnirləri keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə tədbirlər planına müvafiq olaraq, Penitensiar Xidmətin Mühafizə alayında xidmət edən əsgərlər arasında şahmat və dama turnirləri keçirilib.

Yarışların açılışında çıxış edən Mühafizə alayının tərbiyə işləri üzrə komandir müavini, ədliyyə polkovnik–leytenantı Əfqan Nəbiyev, Penitensiar xidmətin tərbiyə işinin təşkili idarəsinin əməkdaşları Arif Əlizadə, Emin Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxışlarında belə turnirlərin zabit və əsgərlərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Turnirlərin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 767 dəfə oxundu.