Yubiley viktorinası
“İdman” qəzeti ilə “Bakı” klubunun birgə layihəsi

“İdman” qəzeti 80 illik yubileyi münasibətilə “Bakı” futbol klubu ilə birgə oxucular arasında keçirdiyi viktorinanı davam etdirir. Müsabiqənin beşinci həftəsində 27 oxucumuzdan yalnız biri hər 3 sualdan 2-sinə doğru cavab verib. Müsabiqə isə davam edir.

Qeyd edək ki, futbol mövsümü başa çatmaq üzrə olduğundan viktorinanın keçirilməsinə də may ayının sonunda fasilə veriləcək. Elə buna görə də «Bakı» futbol klubunun mükafatı uğrunda fəal olmağa dəyər. Qarşıdakı həftələrin qalibini daha bir maraqlı hədiyyə gözləyir.
Yarışın şərtləri belədir:

Qəzetimizin hər sayında “Bakı” futbol klubu ilə bağlı 3 (üç) sual dərc olunur. Ayın yekununa əsasən, suallara daha çox düzgün cavab verən iştirakçı qalib elan olunacaq.
Mükafatlar sahibinə Unibank Premyer Liqası və Azərbaycan kubokunun final oyunu başa çatdıqdan sonra, “Bakı” klubu tərəfindən təqdim olunacaq. Qalib haqqında “İdman” qəzetində, idman.com.az saytında və Bakı futbol klubunun rəsmi saytında (fcbaku.com) məlumat dərc ediləcək.
Qeyd: Suallara cavab vermək istəyən oxucular 434-57-32 və 510-53-10 nömrəli telefonlara həftəiçi hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-a qədər zəng edə və ya cavabı günün istənilən vaxtında idman-sport@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

Viktorinanın 6-cı həftəsinin sualları:
1. “Bakı” futbol klubu Azərbaycan kubokunun finalına neçə dəfə vəsiqə qazanıb?
2. “Bakı” futbol klubunun tarixində 500-cü qolun müəlləfi kimdir?
3. “Bakı” futbol klubunun hazırda baş məşqçisi kimdir?

Viktorinanın 5-ci həftəsinin sualları və cavabları:
1. “Bakı” futbol klubunun Avrokuboklarda ən çox qol vuran futbolçusu kim olub?
Cavab: “Bakı” futbol klubunun avrokuboklarda ən çox qol vuran futbolçusu Feliks Felipe Almeydadır. Braziliyalı hücumçu 4 dəfə rəqibi məyus edib.

2. “Bakı” futbol klubunun bu mövsümdə rəqib qapısından ən çox top keçirən futbolçusu kimdir?
Cavab: Deividas Çesnauskis, Aleksandar Soliç və Uinston Parks hərəyə 7 dəfə fərqəlniblər.

3. “Bakı” futbol klubunun əsas heyətində hazırda çıxış edən ən gənc futbolçu kimdir?
Cavab: Hazırda “Bakı” futbol klubunun heyətində çıxış edən ən gənc futbolçu Rəhman Hacıyevdir. 1993-cü il təvəllüdlü yarımmüdafiəçi 15 yaşında milli çempionatın yüksək dəstəsində debüt edib. Bu, 2008/09-cü il mövsümün son matçı olan “Bakı” - “Muğan” görüşündə baş verib. Meydana daxil olan yeniyetmə futbolçu az sonra qol ötürməsi verərək, diqqətləri özünə cəlb edib.

Xəbər 1095 dəfə oxundu.