Bərdə Olimpiya İdman Kompleksində uşu üzrə respublika turnirinə yekun vurulub | |
Bərdə Olimpiya İdman Kompleksində Aprel döyüşlərində şəhid olmuş baş leytenant Ziya Həsənovun xatirəsinə həsr olunmuş uşu üzrə respublika turnirinə yekun vurulub. Yarışda şəhər və bölgələrdən 200-ə yaxın idmançı iştirak edib. Yarışda birinci yeri “Arktika” komandası tutub. İkinci yerdə isə “Gəncə” komandası qərarlaşıb. Turnirdə ilk üçlüyü isə “Bərdə” komandası tamamlayıb. |
|
Xəbər 793 dəfə oxundu. |
|
|