Uşaqlar arasında şahmat üzrə dünya birinciliyi start götürüb
Çinin Vifanq şəhərində şahmat üzrə 8, 10 və 12 yaşlı uşaqlar arasında dünya birinciliyi start götürüb.

FIDE-nin rəsmi yarışlar siyahısında yer alan çempionatda azərbaycanlı şahmatçılar iştirak etmirlər.

Dünya birinciliyində ümumilikdə 55 ölkədən 582 şahmatçı mübarizə aparır.

Yarış sentyabrın 2-dək davam edəcək.


Xəbər 758 dəfə oxundu.