Dünya Kubokunda bizi hansı pəhləvanlar təmsil edəcək?
19-20 mayda Rusiyanın Saransk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. İdman.com.az saytının məlumatına görə, həmin yarışda Azərbaycan millisinin də iştirak hüququ var. Artıq şimala yollanacaq heyəti açıqlanıb. Seçməyə 11 bahadır daxil edilib.

Bunlar Elçin Əliyev, Orxan Əhmədov (hər ikisi - 55 kq), Sakit Cəlilov (60 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (66 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (74 kq), Həmzət Yusubov, Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Dünya Kubokunda Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan, Koreya, Belarus, Bolqarıstan, Türkiyə, Macarıstan və Ermənistan güləşçiləri mübarizə aparacaqlar.

Yarışın proqramına əsasən, mayın 18-də püşkatma keçiriləcək. Onnu nəticəsinə görə, komandalar 2 yarımqrupda qüvvələrini sınayacaqlar. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə bürünc medallar uğurunda görüşəcəklər.

Xəbər 947 dəfə oxundu.