İspaniyanın Sevilya şəhərində boccia idman növü üzrə Avropa Çempionatı keçiriləcək.
Avqustun 25-də İspaniyanın Sevilya şəhərində boccia idman növü üzrə Avropa Çempionatı keçiriləcək.

Sentyabrın 1-dək davam edəcək çempionatda ölkəmizi bu idman növü üzrə paralimpiya milli komandamızın üzvü Bəhruz Mirzəyev təmsil edəcək.

Qeyd edək ki, bu yarış “Tokio-2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verir.

Xəbər 696 dəfə oxundu.