Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Qırğızıstan yığması ilə birgə hazırlaşır | |
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır. Avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edirlər. Qeyd edək ki, hazırlıq prosesi avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığını Bakıda keçəcək. |
|
Xəbər 785 dəfə oxundu. |
|
|