Türkiyədə Qara dəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatı start götürüb
Avqustun 23-də Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qara dəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatı start götürüb.

Azərbaycanı yarışda 200-dək karateçi təmsil edir. Turnirdə 7, 8 və 9 yaşlı idmançılar fərdi və komanda kata yarışlarında çıxış edəcəklər. On yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Turnirdə 6 ölkədən 109 klubun tərkibində 670 idmançı iştirak edir.

Xəbər 623 dəfə oxundu.