Güllə atıcılığı üzrə Paralimpiya millimiz dünya çempionatına Qəbələdə hazırlaşır
Güllə atıcılığı üzrə Paralimpiya milli komandamız dünya çempionatı öncəsi Qəbələdə təlim-məşq toplanışı keçirir.

Hazırlıq prosesi sentyabrın 3-dək davam edəcək.

Toplanış oktyabrda Avstraliyanın Sidney şəhərində təşkil olunacaq dünya çempionatına hazırlıq məqsədi daşıyır. Çempionat “Tokio 2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verəcək.

AZƏRTAC

Xəbər 803 dəfə oxundu.