“Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək
“Qəbələ” komandasının futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

İyirmi dörd yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl-Salmiyə” klubuna transfer olunub. Asiya təmsilçisinin nümayəndələri K.Mirzəyevi “qırmızı-qaralar”la avqustun 5-də keçirilən yoxlama oyununda bəyəniblər.

“Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klublar arasında danışıqlara start verilib və razılıq əldə olunub. O, yeni komandası ilə birillik müqavilə imzalayıb.

K.Mirzəyev “Qəbələ”nin yetirməsidir.

Xəbər 818 dəfə oxundu.