Azərbaycanlı hakim UEFA Çempionlar Liqasının oyunlarını idarə edəcək
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı yeni təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, H.Qafarlı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək.

Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcəklər.

Xəbər 778 dəfə oxundu.