Dünya rekordçusu iki il müddətinə yarışlardan kənarlaşdırıla bilər
Dünya rekordçusu, amerikalı atlet Kristian Koulman (60 m) son bir ildə üç dopinq testini buraxıb.

Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Antidopinq qaydalarını pozduğu üçün 23 yaşlı idmançı builki dünya çempionatı və 2020-ci il Olimpiya Oyunlarında iştirakdan məhrum edilə bilər. ABŞ Antidopinq Agentliyinin (USADA) qaydalarına görə, atlet iki il müddətinə yarışlardan kənarlaşdırıla bilər.

Qeyd edək ki, Kristian Koulman keçən ilin fevralında 6,34 saniyə nəticə ilə dünya rekordu müəyyən edib. Builki dünya çempionatı sentyabrın 28-dən oktyabrın 6-dək Dohada (Qətər) keçiriləcək.

AZƏRTAC

Xəbər 702 dəfə oxundu.