Vıstropova ikinci döyüşdə də qələbə qazandı
Çin Xalq Respublikasının Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Milli komandamızın üzvü Yelena Vıstropova (75 kq) lisenziya xarakterli yarışda ikinci qələbəsini qazanıb. Boksçumuz braziliyalı Roseli Amaral Feitosanı 17:12 hesabı ilə məğlub edib. Vıstropova 18 final mərhələsində rumıniyalı Luminita Turçinlə qarşılaşacaq. Turçin Ermənistan nümayəndəsi Aşken Simonyanı 24:6 hesabı ilə məğlub edib. Qeyd edək ki, yığmamızın üzvü ilk görüşdə Belarus təmsilçisi Viktoriya Kebikova üzərində qələbə qazanmışdı. Vıstropova rumıniyalı rəqibi ilə sabah üz-üzə gələcək.

Xəbər 1201 dəfə oxundu.