İdmanda korrupsiyanın qarşısının alınması mövzusuna həsr olunmuş konfrans keçiriləcək
Rusiya və BMT sentyabrın 3-4-də Vyanada idmanda korrupsiyanın qarşısının alınmasına həsr ediləcək ikinci beynəlxalq konfrans təşkil edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, konfrans idmanda korrupsiya ilə əlaqəli cinayətlərin aşkarlanması, dövlət, özəl sektor və beynəlxalq idman təşkilatları arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə kömək məqsədi daşıyır.

Tədbirə 70-ə yaxın ölkədən 200-dən çox iştirakçının qatılması nəzərdə tutulub.

AZƏRTAC

Xəbər 733 dəfə oxundu.