Azərbaycan Premyer Liqasının üçüncü turunun oyun cədvəli məlum olub
Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turunun oyun cədvəli məlum olub.

Üçüncü tur iki günü əhatə edəcək.
Tura avqustun 31-də “Qəbələ”–“Keşlə” oyunu ilə start veriləcək. Günün ikinci oyunu isə “Zirə” və “Sabah” komandalar arasında baş tutacaq.

Sentyabrın 1-də iki oyun ilə Premyer Liqanın üçüncü turuna yekun vurulacaq. Günün birinci oyununda “Neftçi” və “Sumqayıt” üz-üzə gələcəklər. Turun mərkəzi və sonuncu qarşılaşması isə “Səbail” və “Qarabağ” klubları arasında olacaq.

Qeyd edək ki, “Qəbələ”–“Keşlə” oyunu saat 18:30-da, “Zirə”–“Sabah” 20:30-da, “Neftçi”–“Sumqayıt” 19:00-da, “Səbail”-“Qarabağ” qarşılaşması isə 21:00-da başlayacaq.
Turun bütün oyunları “CBC Sport” kanalında canlı yayımlanacaq.

Xəbər 764 dəfə oxundu.