Yüngül atletikanın qaçış növü üzrə Culfa rayon turnirinə yekun vurulub
Culfa Rayon Mərkəzi Stadionunda yeniyetmə paralimpiyaçılar arasında keçirilən yüngül atletikanın qaçış növü üzrə rayon turnirinin qalibləri müəyyənləşib.

Culfa Rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının rayon bölməsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə idmançılar 100 metr məsafəni qət etməyə çalışıblar.

Yekun nəticəyə əsasən qalib adını Sərxan İsmayılov qazanıb. Cəlal Mürsəlli və Turan Nağıyev isə finiş xəttinə ikinci və üçüncü olaraq çatıblar.

Sonda qalib və fərqlənən idmançılar diplomlarla təltif ediliblər.


Xəbər 753 dəfə oxundu.