Azərbaycanın U-17 komandasının rəqibi heyətini açıqlayıb
Avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Viktor Bannikov turniri keçiriləcək. Azərbaycan millisi də yarışa qatılacaq.

Yığmamız turnirdə Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq.

Ukrayna millisi heyətini açıqlayıb. Yığmanın baş məşqçisi Aleksandr Petrakov heyətə Artyom Fastov, Timur Puzankov, Vladimir Malenkov, Mark Mampassi, Vitaliy Roman, Qleb Savçuk, Pavel-Rostislav Markiv, Oleq Alferov,

Stanislav Ursulov, Aleksandr Yatsık, Mixail Xromey, Nikita Kononov, Sergey Lebedev, Maksim Xlan, Vasiliy Tançak, Maksim Bomaşuk, Nazar Voloşin, Kirill Popov, İlya Kvasnitsa, Denis Teslyuk, Artur Mikitişin və Maksim Dyaçuk dəvət edib.

Millimiz avqustun 26-da İsrail, bir gün sonra Ukrayna, ayın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.

Xəbər 747 dəfə oxundu.