“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
Futbol üzrə “Avro 2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib.

Avqustun 22-də Bakı Olimpiya Stadionunda Alipay, Booking.com, FedEx, Hisense, SOCAR və Volskwagen şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.

“Avro 2020”nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.

Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

Xəbər 763 dəfə oxundu.