Silverstounda Qran-Prinin keçiriləcəyi tarix acıqlanıb
“Liberty Media” iyul ayında Formula 1 Böyük Britaniya Qran-Prisinin keçirildiyi Silverstoun trasının sahibləri ilə kontraktın 2024-cü ilədək uzadıldığını elan edib.

Təşkilatçılar 2020-ci ildə Formula 1 Böyük Britaniya Qran-Prisinin keçiriləcəyi tarixi də açıqlayıblar. Bu mərhələ həmin il iyulun 17-dən 19-dək təşkil olunacaq. Artıq yürüşlərin biletləri satışa çıxarılıb və Silverstounda ümid edirlər ki, uik-end günlərində tribunalarda anşlaq olacaq.

Silverstoun trasının idarəçi direktoru Stüart Prinql deyib: “Biz növbəti il keçiriləcək Formula 1 Böyük Britaniya Qran-Prisinə biletlərin satışının başlanmasından məmnunuq. Formula 1-in 70 illik yubileyinə həsr olunacaq bayram şənliklərimiz uik-endin daha bir parlaq hadisəsi olacaq. Böyük Britaniyanın ən əlamətdar idman tədbirlərindən birini yaxşı yerlərdən izləmək üçün azarkeşləri biletləri mümkün qədər tez əldə etməyə dəvət edirəm”.

AZƏRTAC

Xəbər 864 dəfə oxundu.