Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionuna start verilir | |
Futbol üzrə Azərbaycan Birinci Divizionunun təqvimi açıqlanıb. Azsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, çempionata avqustun 22-də start veriləcək. Sonuncu - XXVI tur mayın 7-də baş tutacaq. Birinci tutun görüşləri iki günü əhatə edəcək. Birinci Divizionun 2019-2020–ci il mövsümündə 13 komanda iştirak etdiyi üçün hər tur bir komanda istirahət edəcək. Birinci turun oyunları aşağıdakılardır: Avqustun 22-də: “Qaradağ Lökbatan”– “Sumqayıt-2”; “Neftçi-2”–“Keşlə-2”; “Kəpəz”–MOİK. Avqustun 23-də: “Zaqatala”–“Sabah-2”; “Zirə-2”–“Ağsu”; “Səbail-2”–“Turan Tovuz”. |
|
Xəbər 802 dəfə oxundu. |
|
|