Türkiyədə Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında karate çempionatı keçiriləcək
Avqustun 23-dən 25-dək Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatı keçiriləcək.

Azərbaycanı yarışda 200-dək karateçisi təmsil edəcək. Turnirdə 7, 8 və 9 yaşlı idmançılar fərdi və komanda kata yarışlarında çıxış edəcəklər. On yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Bu çempionat son üç ildə Sumqayıtda və Bakıda keçirilib. Bu təşkilata Dünya Karate Federasiyasının (WKF) tərkibinə Azərbaycanla birgə, region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan karate federasiyaları daxildir. Turnirdə 6 ölkədən 109 klubun tərkibində 670 idmançı iştirak edəcək.

AZƏRTAC

Xəbər 769 dəfə oxundu.