İradə Almaniyadan qızılla qayıdır
Almaniyanın Hannover şəhərində güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilir. Yarışlarda Azərbaycan idmançıları da iştirak edir.
Afina olimpiadasının bürünc mükafatçısı İradə Aşumova qadınlar arasında kiçik çaplı tapançadan atəş açma yarışlarında 573 xal toplayaraq turnirin qalibi olub. Gənclərin turnirində Türkan Abdullayeva pnevmatik tüfəngdən atəş açma yarışlarında 15 xal nəticə ilə 48-ci yeri tutub.

AzərTAc

Xəbər 1224 dəfə oxundu.