Azərbaycanın U-17 millisi Ukraynada beynəlxalq turnirdə iştirak edəcək
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə “A” qrupunda mübarizə aparacaq.

Xəbər 788 dəfə oxundu.