Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Mərhələnin ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

“Qarabağ”ı mübarizədən kənarlaşdıran Kiprin APOEL komandası ötən il UEFA Çempionlar Liqasının yarımfinalçısı Hollandiyanın “Ayaks” klubunu, LASK (Avstriya) isə “Brügge”ni (Belçika) qəbul edəcək.

Çexiyanın “Slaviya” klubu səfərdə ÇFR (Rumıniya) komandası ilə qarşılaşacaq.

Hər üç oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 721 dəfə oxundu.