Xorvatiya yığmasının Azərbaycan millisi ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb
Xorvatiya yığmasının Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Zlatko Daliç heyətə 23 futbolçu dəvət edib.

Heyətə qapıçılar - Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Luton", İngiltərə), müdafiəçilər - Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer" Leverkuzen, Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Borna Barişiç ("Reyncers", Şotlandiya) Karlo Bartolets ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Rizespor", Türkiyə), yarımmüdafiəçilər - Luka Modriç ("Real Madrid", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlasiç (MOİK, Rusiya), hücumçular - İvan Perişiç ("İnter", İtaliya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Berkalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç və Mislav Orsiç ("Dinamo", Zaqreb) dəvət olunublar.

Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, üç gün sonra isə Azərbaycan millisi ilə qarşılaşacaq.


Xəbər 770 dəfə oxundu.