Berluskoni «Milan»ın səhmlərini sata bilər
İtaliya «Milan»ının sahibi Silvio Berluskoni klubun səhmlərinin 40 faizini satışa çıxara bilər. İdman.com.az saytı «La Gazzetta Dello Sport»a istinadən xəbər verir ki, alıcı qismində rusiyalı və ya Honkonqlu maliyyədarlar çıxış edə bilərlər. Onlarla Berluskoni İtaliyanın baş naziri kürsüsündə əyləşərkən tanış olmuşdu.

Ehtimal olunur ki, tərəflər arasında əldə ediləcək razılığın dəyəri 200 milyon avro həcmində ola bilər. «Forbes» jurnalının dəyərləndirməsinə görə, «Milan» klubu bütövlükdə 989 milyon avro həcmində qiymətləndirilir.
Hələ 2010-cu ilin yazında belə bir söz-söhbət ortaya çıxmışdı ki, «Milan»ın səhmlərinin bir hissəsini almaqda Rusiyanın «Qazprom» şirkəti maraqlıdı. Sonradan bu xəbər təkzib edilmişdi.

Xəbər 938 dəfə oxundu.