Şahmatçımız dünya birinciliyində gümüş medal qazanıb
Belarusun paytaxtı Minskdə 8, 10 və 12 yaşlı şahmatçılar arasında rapid və blitz üzrə dünya çempionatı keçirilib.

Dünya birinciliyində ölkəmizi təmsil edən Rafael Bayramlı (U-8) rapid turnirində 9 turdan 7,5 xal toplayaraq gümüş medal qazanıb. Şahmatçımız blitz yarışlarında isə 6 xalla 19-cu olub.

Dünya birinciliyində çıxış edən digər təmsilçimiz Yusif Kərimli (U-8) blitz turnirində 7 xalla 5-ci, rapid yarışlarında 7 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər 779 dəfə oxundu.