Astaralı boksçular İranda keçirilən beynəlxalq turnirdə 1 qızıl və 3 gümüş medal qazanıblar
İran İslam Respublikasının Ləvəndəbir şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə astaralı idmançılar da qələbə uğrunda mübarizə aparıblar.

Beynəlxalq turnirdə astaralı idmançı İbrahim Məmmədov 81 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Digər astaralı idmançılar - Şahlar Rzayev 65, Nurlan Əlizadə 60 və Hüseyn Həsənzadə 35 kiloqram çəki dərəcələrində ikinci yeri tutaraq gümüş medala layiq görülüblər.

Xəbər 743 dəfə oxundu.