Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar
Avqustun 17-də Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatının altıncı günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Güləşçimiz Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsində Ermənistan təmsilçisi Samvel Qriqoryana 5:2 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşmada Macarıstan idmançısı Gergeli Bak üzərində 9:0 hesablı qələbə qazanan təmsilçimiz dörddəbir finala adlayıb.

Digər güləşçimiz Əsgər Əlizadə (60 kq) səkkizdəbir finalda Cənubi Koreya təmsilçisi Qunvoo Parkı mübarizədən kənarlaşdıraraq (9:0) növbəti mərhələyə keçib.

Adəm Hacızadə (67 kq) isə debütdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Fevzi Barahmanı 9:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.


Xəbər 794 dəfə oxundu.