«Milan» Balotellini almaq istəyir
«Milan» yay transfer dövründə «Mançester Siti»nin forvardı Mario Balotellini almağa cəhd göstərəcək. Bu qərar klub sahibi Silvio Berluskoninin vitse-prezident Adriano Qalliani və baş məşqçi Massimiliano Alleqri ilə görüşündə alınıb.

İdman.com.az saytının məlumatına görə, «Mançester Siti» ilə danışıqlar «Milan»ın transfer büdcəsinin kifayət qədər böyük olmaması səbəbindən müşkülə düşə bilər. Bu transfer üçün milanlıların əsas heyətdən kiminləsə vidalaşmağa məcbur qalacağına ehtimal böyükdür.

Berluskoni ilə Qallianinin görüşündə komandanın öz stadionunun tikintisi məsələsi də müzakirə olunub.

Xəbər 890 dəfə oxundu.