Parker Avro-2012-dən kənar qala bilər
«Tottenhem»in yarımmüdafiəçisi Skott Parker İngiltərə yığmasıyla Avro-2012-yə getməyə bilər. Buna səbəb onun dabanında daimi problemlərin olmasıdır.

İdman.com.az saytının məlumatına görə, bu mövsüm Parker əsas heyətdə möhkəmlənib və hətta Niderlanda qarşı oyunda kapitan sarğısını da qoluna taxıb. Lakin hazırda 31 yaşlı yarımmüdafiəçinin dabanındakı problemlər önə çıxıb. «Aston Villa» ilə oyunda Skott cəmisi son 2 dəqiqəni oynayıb. Bu onun aprelin 21-dən bəri ilk oyunu idi.

Baş məşqçi Harri Rednapp məsələ ilə bağlı deyir: «Son iki həftədə onun forması daha yaxşı olması arzusunu yaradır. Onun dabanında zədə deyil, sadəcə ağrı qalıb. Hələ ki, tam qüvvədə məşq edə bilmir. Lakin biz onu izləyirik. Bu günlərdə bir neçə iynə vurulması bəlkə kömək etdi. Bu hal artıq bir neçə həftədi ki, davam edir».

Xəbər 1060 dəfə oxundu.