Dünya çempionatında qadın güləşçilərimizin rəqibləri müəyyənləşib
Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Avqustun 15-də, yarışların dördüncü günündə 53, 57, 62, 65 və 72 kiloqramda çıxış edən qadın güləşçilər mübarizə aparacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və rəqiblər müəyyənləşib.

Səkkizdəbir finalda güləşçimiz Jalə Əliyeva (62 kq) yaponiyalı Yuzuka İnaqaki, Ceyla Nağızadə (65 kq) ukraynalı Oksana Çudik ilə mübarizə aparacaq.

Xəbər 732 dəfə oxundu.