Futbol üzrə 19 yaşadək futbolçulardan ibarət milli komandamız yoxlama oyunu keçirib
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

“Sabah-2” komandası ilə qarşılaşan milli komanda 2:0 hesabı ilə qələbə qazanıb. U-19-un heyətində Məhəmməd Məhərrəmov və Vüsal Əsgərov fərqlənib.

Xəbər 781 dəfə oxundu.