Dünya çempionatında daha bir güləşçimiz bürünc medal qazanıb
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə daha bir təmsilçimiz bürünc medal qazanıb.

Milli komandanın üzvü Abubakr Abakarov (79 kq) təsəlliverici qarşılaşmalarda əvvəlcə italiyalı Salvatore Diananı mübarizədən kənarlaşdırıb (15:1).

Daha sonra Yaponiya pəhləvanı Yudai Takahaşiyə vaxtından əvvəl qalib gəlib (10:0). Bürünc medal qarşılaşmasında erməni güləşçisi Arman Avaqyanla üz-üzə gələn pəhləvanımız həlledici görüşdən qalib ayrılıb və komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb (6:4).

Bundan əvvəl yığmanın digər üzvü Turan Bayramov (65 kq) dünya çempionatının bürünc medalını qazanıb.

Avqustun 12-də start götürən dünya çempionatı davam edir.

Xəbər 57 dəfə oxundu.