"Sumqayıt" klubu daha bir oyunçu ilə müqavilə imzalayıb
2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" futbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

"Sumqayıt" şəhərinin təmsilçisi iranlı hücumçu Mehdi Şərifi ilə iki illik müqavilə imzalayıb. M.Şərifi "Sumqayıt" komandasının heyətində 70 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub. İyirmi altı yaşlı futbolçu iki dəfə İran çempionu (2014-2015-ci illər, 2018-2019-cu illər), iki dəfə isə İran kubokunun qalibi olub (2012-2013-cü illər, 2018-2019-cu illər).


Xəbər 779 dəfə oxundu.