Sərbəst güləş üzrə açıq kubok yarışına yekun vurulub
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışına yekun vurulub.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə yeniyetmə sərbəst güləşçilər 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəkilərdə mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb.

Yarışda yüksək nəticə göstərən Musa Verdiyev (45 kq, Gəncə), Mahir Məmmədov (48 kq, Şamaxı-Sərhədçi), Fəqan Mirzəyev (51 kq, Cəlilabad-Gömrükçü), Camal Qasımov (55 kq, Həyat-Sərhədçi), Cavidan Əhmədov (60 kq, Sumqayıt), Zeyqəm Qurbanov (65 kq, Şamaxı-Sərhədçi), Sadiq Abbasov (71 kq, Cəlilabad-Gömrükçü), Əli Əmirov (80 kq, Şamaxı-Sərhədçi), Xəlil Allahverdiyev (90 kq, Qazax-Sərhədçi), Murad Bəhlulzadə (110 kq, Sərhədçi) qızıl medala layiq görülüblər.

Yekun nəticələrə görə, "Sərhədçi" komanda hesabında birinci olub. Gəncə və Şamaxı komandaları isə ikinci və üçüncü yerləri tutublar.

Xəbər 32 dəfə oxundu.