İki şahmatçımız Avropa birinciliyinin qalibi olub
Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə şahmatçılar arasında keçirilən Avropa birinciliyi başa çatıb.

Çempionatda müxtəlif yaş kateqoriyaları üzrə iştirak edən şahmatçılarımızdan Ayan Allahverdiyeva 14, Dinarə Hüseynova 8 yaşlılar arasında ən yüksək nəticə göstərərək qitə birinciliyinin qalibi olublar. Digər təmsilçilərimiz Səadət Bəşirli (8 yaş, 7,5 xal) ikinci, Cahandar Azadəliyev (10 yaş, 7,5 xal), Yusif Kərimli (8 yaş, 7 xal) üçüncü yerləri tutublar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edib. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.


Xəbər 26 dəfə oxundu.