Yeniyetmə sərbəst güləşçilər arasında açıq kubok yarışı keçiriləcək
Avqustun 10-11-də Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışı keçiriləcək.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində ölkənin bütün bölgələrindən olan 30-dan çox komandanın 250-dək yeniyetmə güləşçisi mübarizə aparacaq. İki günlük turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəki dərəcələrində medalçılar müəyyənləşəcək.
Avqustun 9-da yarışla bağlı hakimlərin və məşqçilərin seminarı keçirilib. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev ədalət təmsilçilərinə tövsiyələrini verib, son beynəlxalq yarışlardakı idarəçiliklə bağlı bəzi yenilikləri diqqətə çatdırıb.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov məşqçilərlə görüşdə müəyyən davranış qaydaları ilə bağlı fikirlərini bildirib və onlara yarış zamanı intizam qaydalarına riayət etməyi tapşırıb.

Sonra turnirin püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, yarış “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.

Xəbər 778 dəfə oxundu.