“Keşlə” klubu heyətini paraqvaylı hücumçu ilə gücləndirib
Bakının “Keşlə” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi paraqvaylı hücumçu Lorenzo Frutos ilə müqavilə imzalayıb. Otuz yaşlı futbolçu bir il bu komandada forma geyinəcək.

L.Frutosun sonuncu klubu Venesuelanın “Deportivo Lara” komandası olub. O, həmçinin Paraqvayın “Sol de Amerika”, “Rubio Nyu”, “İndependiente” və Salvadorun “Santa Tekla” klublarında çıxış edib.

Xəbər 800 dəfə oxundu.