Beynəlxalq velotur uğurla başa çatdı
Ulu öndər Heydər Əliyevin xatirəsinə həst olunmuş 23 yaşınadək velosipedçilər arasında beynəlxalq yarış bu gün başa çatdı. İdman.com.az saytının məlumatına görə, ilk dəfə ölkəmizlə təşkil olunun peşəkar veloturun 5-ci mərhələsinin keçirilməsi üçün iştirakçılar dünən Bakıya döndülər. Sonuncu raundda sprinterlər paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 km olmaqla, 10 dövrə vuraraq yarışa yekun vurdular.

Bu rəqabətdə qazaxıstanlı Nurpolad Qulubetov 1-ci oldu. O, 2 saat, 57 dəqiqə, 16 saniyə qət etdi. Növbəti yeri bundan əvvəlki mərhələnin qalibi Gennadi Tatarinov tutdu. Rusiyalı idmançı qalibdən 6 saniyə arxada qaldı. Fil Dişi Sahilindən olan İssaka Sisse finişi 3-cü keçdi. O, şimallı velosipedçidən bir neçə addım uduzdu. Tural İsgəndərov bizdən yenə ən yaxşı oldu. 20 yaşlı sprinter 3 saat, 16 dəqiqə, 7 saniyə nəticə göstərdi.

2-ci mərhələdən liderliyi ələ alan Yusif Regigi, üstünlüyünü sonadək qorudu. Göy köynəyə yiyələnən əlcəzairli velosipedçi şəxsi yarışda qalib adını qazandı. Ara və yekun finiş məsafələrində ən çox xal toplayan Maksim Vasilyev yaşıl, dağ keçidlərində qalib gəlmiş Bəxtiyar Qozatayev qırmızı göynəyə sahib çıxdılar. Komanda hesabında «İtera Katyuşa» 1-ci (43.51.04), Dünya Velosipedçilər Mərkəzi 2-ci (43.51.20) və İSD «Donetsk regionu» 3-cü yer tutdular (43.52.50).
Veloturda 65 iştirakçıdan 21-i finiş xəttinə çatmadı.

KAMRAN

Xəbər 1431 dəfə oxundu.