Pankration, qrapplinq və MMA üzrə paytaxt çempionatının qalibləri mükafatlandırılıb
Hövsan Olimpiya İdman Kompleksində pankration, qrapplinq və MMA üzrə Bakı şəhər çempionatı təşkil olunub. Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Yarışda paytaxt idmançıları ilə yanaşı, bölgə təmsilçiləri də mübarizə aparıblar. Qaliblər Baş İdarənin diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 775 dəfə oxundu.