“RTU Open 2019”: Şahmatçımız liderlər qrupunda mübarizəni davam etdirir
Riqada keçirilən Şimali Avropanın ən nüfuzlu şahmat festivalında - “RTU Open 2019”da Azərbaycan təmsilçilərinin uğurlu çıxışı davam edir.

Şahmatçılarımız arasında ən yaxşı nəticəni Nicat Abbasov göstərib. Təmsilçimiz 4 turdan 3,5 xal toplayıb. O, bu nəticə ilə liderdən 0,5 xal geri qalır.

Günay Məmmədzadə 3, Səbinə İbrahimova 2 xal toplayıblar.

Turnirdə 304 şahmatçı iştirak edir. Onlardan 39-u qrossmeysterdir.

Xəbər 786 dəfə oxundu.