Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində daha beş oyun keçiriləcək
Avqustun 7-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində daha beş oyun keçiriləcək.

Türkiyə təmsilçisi “Başakşəhər” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edəcək. Portuqaliyanın “Portu” klubu isə səfərdə Rusiya Premyer Liqasını üçüncü pillədə başa vuran “Krasnodar” komandasının qonağı olacaq.

İsveçrə çempionu “Bazel” doğma meydanda Avstriyanın “LASK” klubunu, “CFR Cluj” (Rumıniya) isə “Seltik”i (Şotlandiya) qəbul edəcək. Günün sonuncu oyununda “Rusenburq” (Norveç) səfərdə “Maribor” (Sloveniya) klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, ötən gün Azərbaycan çempionu “Qarabağ” üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiprin “APOEL” komandasını 2:1 hesabı ilə məğlub edib.

Xəbər 797 dəfə oxundu.